"Qarabağ"a qarşı Brkiçin debütü yaxşı alınmadı. İki qol buraxdı və komandası da uduzdu. Buraxdığı qollara baxsaq, ilk qol cərimə meydançasının kənarından vuruldu. Həmin qolda İvanın mövqeyi yaxşı deyildi, zərbəni də görmürdü. Reaksiya verməyə isə gecikdi”.
Bu sözləri Sportal.az saytına açıqlamasında "Riqa"nın məşqçisi Kristaps Blansk deyib.
Latviya klubunda çalışan Blanks “Neftçi”nin yeni transferi İvan Brkiç haqda danışıb. O, “Riqa”da birlikdə çalışdıqları xorvatiyalı kiperi indi də izlədiyini söyləyib: "Təbii ki, onu indi də izləyirəm. "Qarabağ"la matçdakı qolları izlədim. “Qarabağ”ın vurduğu ikinci qol zamanı topu dəf etmək daha çətin idi. Çünki Kadi Borqes özü zərbəni yaxşı vurmuşdu və topu küncə yaxşı atdı.
Məncə, həmin oyundakı qolları buraxmağına baxmayaraq, Brkiç özünü “Neftçi”də göstərəcək. Adaptasiya üçün ona zaman lazımdı. Təbii ki, komanda yoldaşları ilə də oynamalıdı, onlara öyrəşsin deyə. Komanda yoldaşları ilə anlaşması da önəmlidi. Xüsusilə də müdafiəçilərlə”.