Braziliyalı: "Yayda "Qəbələ"yə keçmək istəyirdim"

13:55 - 11 Fevral 2022

“Ölkə kubokunda yarımfinala yüksəlmək istəyirik. Əgər, Allah istəyəcksə, çempion olacağıq. Amma indi biz işləyirik və yalnız qarşıdakı matçı düşünürük”.

Bu sözləri Sportal.az saytına açıqlamasında “Qəbələ”nin yarımmüdafiəçisi Patrik Robson deyib.

Bölgə klubunun qış transferlərindən olan braziliyalı futbolçu kollektivin onu qarşılamasından da söz açıb: “Kollektiv məni çox yaxşı qarşıladı. Meydanda olanda hər şeyi unuduram və yalnız komandama xeyir vermək üçün çalışıram. “Qəbələ”də də bu cür olacaq”.

“Əslində, yayda “Qəbələ”yə keçmək istəyirdim. Amma həmin vaxtı alınmamışdı. İndi gəldim və komanda üçün ən yaxşısını etməyə çalışacam” – deyə, Patrik Robson fikirlərini yekunlaşdırıb.

Xəbər xətti