“Keşlə” Azərbaycan kubokunun 1/4 finalının “Qarabağ”la cavab oyunu öncəsi bir futbolçusunu itirib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Fəhmin Muradbəylinin xidmətindən istifadə edə bilməyəcək.
Qışda “Neftçi”dən icarəyə götürülən Muradbəyli ölkə çempionatının 15-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirilən görüşdə zədələnərək əvəzlənmişdi.
Futbolçunun qarşıdakı həftə məşqlərə qoşulacağı bildirilir. “Qarabağ”dan isə Şahruddin Məhəmmədəliyev və Xayme Romero meydana çıxmayacaq.
“Keşlə” – “Qarabağ” matçı bu gün “ASK Arena”da saat 18:00-da start götürəcək.
saytlarin hazirlanmasi