Azərbaycan Kuboku: "Neftçi" yarımfinala yüksəldi - YENİLƏNİB

17:57 - 12 Fevral 2022

Azərbaycan Kubokunda 1/4 final mərhələsi davam edir.

Sportal.az xəbər verir ki, bu gün daha bir yarımfinalçı müəyyənləşəcək. Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq 1/4 finalın cavab oyununda "Sabah" "Neftçi"ni qəbul edəcək. Görüş saat 16:00-da başlayacaq.

Komandalar arasında ilk qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Dünən "Keşlə"ni darmadağın edən "Qarabağ" yarmfinala adlayıb.

Azərbaycan Kuboku
1/4 final (cavab oyunu)

12 fevral (şənbə)

16:00. “Sabah” – “Neftçi” 1:3

Qol: Xuan Kamara, 41 - Emin Mahmudov, 61, Ramon Maçado, 62, 68
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Nahid Əliyev, Vüqar Həsənli
“Bank Respublika Arena”
Qırmızı vərəqə: Aleksey İsayev, 75, Səlahət Ağayev, 75
İlk oyun - 1:1.

Xəbər xətti