"İlk oyunu 0:4 hesabı ilə uduzduqdan sonra geridönüş etmək real görünmür"

13:46 - 13 Fevral 2022

"Səbail"in kapitanı Rahid Əmirquliyev Sportal.az saytına açıqlama verib.

O, Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Zirə" ilə cavab qarşılaşması haqda fikirlərini bildirib. 

Əmirquliyev ilk görüşdəki 0:4 hesablı məğlubiyyətdən sonra yarımfinal şanslarının yüksək olmadığını söyləyib:

"Birinci oyunu 0:4 hesabı ilə uduzduq. Əgər cütün taleyini 2 oyun həll edirsə, ilk oyunda 0:4 hesablı məğlubiyyət şansları azaldır. Yəni, bunu çevirmək çox çətindi. Düzdü, futbolda mümkünsüz heç nə yoxdu, hər şey olur. Ancaq 0:4 hesablı məğlubiyyətdən sonra geridönüş etmək, hardasa real görünmür. Rəqibimizi evdə qəbul edirik. Yaxşı hazırlaşmışıq, çıxacağıq və çalışacağıq ki, yaxşı oyun nümayiş etdirək. Geridönüş edə bilməsək belə, qələbə üçün oynayacağıq".

Xəbər xətti