"Səlahətlə "Neftçi" və "İnter"də birlikdə oynamışıq, münasibətimiz həmişə yaxşı olub" - MÜSAHİBƏ

17:40 - 14 Fevral 2022

"Neftçi"nin müdafiəçisi Voyislav Stankoviç Sportal.az saytına müsahibə verib. Serbiyalı müdafiəçi Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Sabah"a qarşı keçiriləcək cavab oyununda yaşananlar haqda danışıb.

- “Sabah”a qarşı matçda qalib gəlməyi bacardınız. Görüş sizin üçün necə alındı?
- Bilirdik ki, bizi “Sabah”a qarşı vacib oyun gözləyir. Ona görə də çox yaxşı hazırlaşmışdıq. Sadəcə ilk yarıda istədiyimiz kimi oyanaya bilmədik, qol buraxdıq. İkinci hissədə isə xarakter göstərdik. Meydana çıxıb, daha aqressiv oynamağa başladıq. Nəhayət ki, qolumuzu vurduq. Ardınca da növbəti qollarımız gəldi. Xarakter və istək sayəsində qələbə qazandıq. Baş məşqçimizin oyunçu dəyişikliklərini də qeyd etməliyəm. Sezar Meza Kolli meydana daxil oldu və hücumda daha aktivlik gəldi. Deyərdim ki, oyununu gedişatını da dəyişmiş oldu. İkinci yarıda necə oynamaq lazım olduğunu göstərdik, layiqli qələbə idi.

- Qırmızı vərəqələr haqda fikrin necədi? Hakimin qərarlarının doğru olduğunu düşünürsən?
- Eddi İsrafilov Aleksey İsayevə qarşı sürüşmə fəndini sərt etmişdi. Hakim də sarı vərəqə verdi, belə də olmalı idi. Ancaq Aleksey İsayevin reaksiyasını anlamadım. Nəyə görə belə etdiyini bilmirəm. Təbii ki, təmiz qırmızı vərəqə idi ki, hakim də bunu göstərdi.

- Baş hakimin “Neftçi”yə kömək etməsi fikirlərilə razısan?
- Xeyr, hakimin bizə kömək etdiyi fikirlərilə razı deyiləm. "Sabah"a 3 qolu vuranda onalr da meydanda 11 nəfərlə mübarizə aparırdı. Onlar meydanda azlıqda qaldıqdan sonra biz sadəcə top saxlayırdıq, hesabı qoruyurduq. Epizodlar olur ki, hakim bizim lehimizə olan qərarı fərqli verirdi. Yəni belə anlar olur. Meydanda qırmızı vərəqə olmayanda qollarımızı vurmuşduq. Ancaq hər bir insanın öz fikri var.

- Vaxtilə birlikdə oynadığınız Səlahət Ağayev səni vurduğuna görə qırmızı vərəqə ilə cəzalandırıldı. Deyəsən, münasibətiniz yaxşı olmayıb...
- Səlahət Ağayevi tanıyıram, onunla yaxşı münasibətim var. Sadəcə meydanda emosiyalar gərgin olur. Hər futbolçu meydana qələbə üçün çıxır. İlk yarıdan sonra 1:0 qalib gəlirdilər, biz 8 dəqiqə ərzində 3 qol vurduq. Ola bilər ki, bunun da gərginliyi var idi. Səlahətin nəyə görə belə reaksiya verdiyini bilmirəm. Onunla yaxşı münasibətim var. “Neftçi”də də, “İnter”də birlikdə oynamışıq və yaxşı münasibətimiz olub. Futboldur, normaldı belə anlar. Mənim də qırmızı vərəq almalı olduğumu yazırlar. Halbuki orada mən yalnız insidentin böyüməsinin qarşısını almağa gəlmişəm. Heç kimi vurmamışdım. 

- Bundan sonra uğurlu çıxışa davam edə biləcəksiz?
- Ümidvaram ki, bu qələbə bizə hazırki durumdan çıxmağımıza kömək olacaq. Növbəti oyundan daha stabil oynayacağımıza inanıram. "Neftçi" buna layiqdi. 

Xəbər xətti