“Əslində, variantlarım çox idi. Amma heç biri alınmadı. Biri vizaya görə, o biri testə görə. Ya da ortaya başqa məsələlər çıxdı”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Orxan Əliyev deyib.
U-19 və U-21 yığmamızın sabiq üzvü hazırda klubsuzdu. Son dəfə Gürcüstanın 1-ci liqasında yarışan “Sioni” ilə çempionluq yaşamış Əliyev Gürcüstan klubundan yeni müqavilə təklifi almadığını deyib: “Onlarla danışmamışam. Müqaviləm başa çatdı və oradan ayrıldım”.
“Estoniya, Finlandiya, Litva və Asiyanın bir neçə klubundan təkliflərim var idi. Sadəcə dediyim məsələlərə görə alınmadı. Fərdi olaraq məşqlərimə davam edirəm. Gələcək təklifləri gözləyirəm” – deyə, Orxan Əliyev fikirlərini yekunlaşdırıb.
26 yaşlı futbolçu “Sumqayıt”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Zirə” klublarında çıxış edib.