Polşadan Mahirin keçidinə münasibət: "Bu məsələni müzakirə etmək mənim üçün çətindi"

20:07 - 14 Fevral 2022

Azərbaycanda legioner həyatı yaşamış Lukaş Sapela Sportal.az saytına açıqlama verib.

Polşalı futbolçu Mahir Emrelinin “Legiya”dan ayrılıb “Dinamo”ya keçidinə münasibət bildirib:

“Mahirin “Legiya” məsələsini bağlamaq daha yaxşıdı. O, artıq yeni komandaya keçib və bütün fikrini də ora yönəldib. Mahirə “Dinamo”da uğurlar arzulayıram. Arzu edirəm ki, “Dinamo”da qollarını sıralayar. 

Mahirin “Legiya”dakı məsələsini müzakirə etmək mənim üçün çətindi. Çünki dəqiq olaraq məsələnin içində deyilik. Mahirə “Dinamo”da uğurlar arzulayıram” – deyə, Sapela fikirləri yekunlaşdırıb.

39 yaşlı veteran qapıçı 2012-2014 "Rəvan"da çıxış edib.

Sapela hazırda Polşanın "GKS Belşatov" klubunda qapıçı məşqçisi kimi fəaliyyət göstərir.

Xəbər xətti