Gürcüstan çempionu olan məşqçi: "Quqeşaşvili gənc olmasına baxmayaraq təcrübəlidi, xarakterli qapıçıdı"

13:13 - 15 Fevral 2022

"Luka Quqeşaşvili çox yaxşı qapıçıdı. Gənc olmasına baxmayaraq təcrübəlidi, xarakterli qapıçıdı. Gürcüstan millisinin də qapısı qorumağa namizədlərdəndi. İldən-ilə də artırır".

Bu sözləri Sportal.az saytına açıqlamasında Zurab Mamaladze deyib.

Vaxtilə "Qəbələ"nin qapısını qorumuş Zurab hazırda Gürcüstanın son ölkə çempionu "Dinamo"nun qapıçılar üzrə məşqçisi kimi işləyir. Batumi klubunun məşqçisi "Qarabağ"da çıxış edən həmyerlisi Quqeşaşvili barədə danışıb.

O, Luka haqda fikirlərinə bu cür davam edib: “Luka Gürcüstan millisinin qapısını qoruya bilər. Ona “Qarabağ”da uğurlar arzulayıram. Daim oynamağa layiq biridi. Daha güclü qapıçı olmaq üçün də potensiala sahibdi".

Xəbər xətti