Şimali Makedoniya klubu millimizin sabiq üzvünü transfer etmək istəyib

12:09 - 16 Fevral 2022

Şimali Makedoniyanın tanınmış və ən titullu klubu olan "Rabotniçki" qışda Azərbaycan millisinin sabiq forvardı Amil Yunanovu heyətinə qatmaq istəyib.

Sportal.az saytına daxil olan məlumata görə, uzun illər Azərbaycanda məşqçi kimi çalışmış Borçe Xristov "Keşlə"nin formasını geyinən Yunanovu sərəncamında görmək istəyib. 

Lakin maddi məsələlərə görə transfer baş tutmayıb. Tərəflər yayda transfer məsələsini növbəti dəfə müzakirə edəcək.

Xəbər xətti