"Turan-Tovuz" 2022/2023 mövsümündən Premyer Liqada oynayacaq? - FOTOLAR

13:32 - 16 Fevral 2022

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov qarşıdakı mövsümdən Premyer Liqada komanda sayının 10-a yüksələcəyini bildirdi. Hər il qurumun müxtəlif nümayəndələri tərəfindən artımın səsləndirilməsinə baxmayaraq, ilk dəfədi ki, ciddi şəkildə vədin yerinə yetiriləcəyinə inam var.

Sportal.az saytının araşdırmasına görə, yeni mövsüm Premyer Liqada iştirak edəcək komandalardan birinin “Turan-Tovuz” olacağını ehtimal etmək çətin deyil. Məsələ burasındadır ki, tovuzlular artıq lisenziya tələblərini yerinə yetirməyə başlayıb. Qərblilərin sosial şəbəkə hesabında son vaxtlar paylaşımlardan ikisi diqqətimizi cəlb etdi:

Futbolda irqçilik əlehinə keçirilən seminar, hakimlik məsələləri və oyun qaydaları üzrə seminar. Kiçik araşdırmalarmızdan sonra məlum oldu ki, qeyd etdiyimiz seminarların keçirilməsi səbəbsiz deyil. Çünki bu seminarlar Premyer Liqa lisenziyası üçün tələb olunan sənədlərdən ikisidi. Rəsmi olaraq isə AFFA-nın saytında  “S.10 (PL - S.09) - Hakimlik məsələləri və oyun qaydaları üzrə arayış” və  “S.11 (PL - S.10) - İrqi bərabərlik siyasəti” adlı sənədlərdi. “Rəsmi sənədlər” bölməsində olan bu iki sənəd Premyer Liqada iştirak edən klublar üçün “A” dərəcəli, yəni təqdim olunması vacib olanlardandı. Bundan belə qənaətə gəlmək olar ki, tovuzlular artıq ciddi şəkildə növbəti mövsümə hazırlaşırlar.



Xəbər xətti