Rusiya klubunun müdafiəçisi: "Azərbaycan vətənimdi, vətəndaşlığı dəyişmək lazım olsa, hazıram"

14:33 - 16 Fevral 2022

“Bəli, Azərbaycandan təklifim var idi. Sadəcə agentlə məsləhətləşdik ki, mövsüm sonuna qədər burada qalıb oynayım”.

Bu sözləri Sportal.az saytına açıqlamasında Rinat Hüseynov deyib.

"Amkar" yetirməsi olan və hazırda Permin "Zvezda" klubunda çıxış edən müdafiəçi yaydan sonra Azərbaycan çempionatında çıxış etmək variantından söz açıb:

"Yaxşı təklif olarsa, bu, haqda agentimlə düşünəcəyik. Hətta vətəndaşlığı dəyişdirmək lazım gələrsə, hazıram. Çünki Azərbaycan mənim vətənimdi. Vətəndaşlığımı dəyişdikdən sonra Azərbaycan millisinə cəlb olunmaq? Hər şey mümkündü və hər şey məndən asılıdı".

 

Xəbər xətti