Uzun müddətdir ki, zədədən sonra bərpa prosesi keçən “Qarabağ”ın futbolçusu Xayme Romero İspaniyanı tərk edib.
Sportal.az saytının məlumatına görə, Albasete şəhərində bərpa prosesini keçən və hazır duruma gələn Romero Fransaya uçub.
O, Ağdam klubunun bu gün “Marsel”ə qarşı keçirəcəyi oyunu tribunadan izləyəcək. Sonradan isə Romero komanda ilə birlikdə Bakıya qayıdacaq. Futbolçu bərpa prosesi vaxtında ona kömək olan məşqçilərə sosial şəbəkə vasitəsilə təşəkkür edərək, “Qarabağ” formasını da onlara bağışlayıb: “Korreoso, Sergio Sama, Eme Madriqala təşəkkür edirəm. Hər zaman pis durumlardan yaxşı işlər ortaya çıxır. Ömürlük dostlarım. Mənə göstərdiyiniz münasibətə görə sizə təşəkkür edirəm”.