"Tottenhem" yetirməsi olan Natan Oduva qış "transfer pəncərəsi" zamanı "Keşlə" ilə anlaşdı.
Sportal.az xəbər verir ki, Azərbaycana gələnə qədər sonuncu dəfə 1 il bundan əvvəl “Dundalk”ın heyətində oynamış yarımmüdafiəçinin Premyer Liqamızda debütü hələ ki, baş tutmayıb.
Belə ki, o, “Keşlə”nin ölkə kubokunun ¼ final mərhələsinin “Qarabağ” və ölkə çempionatının 15-ci turunun “Zirə” ilə oyununda da meydana çıxmadı.
Ancaq futbolçu Premyer Liqanın 16-cı turunda “Neftçi”yə qarşı səfərdə keçiriləcək görüşdə yeni komandasının heyətində debüt edəcək.
Komandanın baş məşqçisi Sənan Qurbanov saytımıza açıqlamasında Oduva haqda bunları dedi: “Futbolçu çoxdandır ki, oynamayıb. İndi də bizimlədi, məşqlərini edir. Sadəcə yüngül zədəsi əmələ gəlmişdi.
Növbəti turda, “Neftçi” ilə görüşdə oynamaq ehtimalı var. Siyahıya daxil edilə bilər, 15-20 dəqiqə oynaya bilər. Görək də”.
25 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Reyncers”, “Kolçester”, “Luton”, “Piterboro”, “Olimpiya”(Lyublyana), “Veyle”, “Hapoel Hadera” klublarında oynayıb.
saytlarin hazirlanmasi