"Erməni lobbisinin Fransadakı fəaliyyəti hamıya məlumdur. Xüsusilə də, Marsel şəhəri ermənilərin daha sıx yaşadığı yerdir. Yəni, təxribatın olması istisna deyil".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Turan-Tovuz"un baş məşqçisi Rövşən Babayev deyib.
O, Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə səfərdə qarşılaşacaq "Qarabağ" haqda danışıb.
Babayev Ağdam klubunun şansları barədə danışarkən bunları deyib: "Marsel" böyük tarixə malik klubdur. Hal-hazırda Fransa çempionatında 2-ci yerdə gedir və ÇL-ə birbaşa vəsiqə qazanmaq üçün bu pilləni əldən verməməyə çalışır. Çıxış elədikləri çempionatın səviyyəsi, futbolçuların fərdi bacarığına görə "Qarabağ"dan çox üstün komandadır. "Marsel" güclüdür, amma biz Qurban Qurbanovun "Qarabağ"ına çox inanırıq".