Avstriya klubu ilə anlaşan azərbaycanlı: "Mənim üçün yeni başlanğıcdı"

17:49 - 18 Fevral 2022

Azərbaycan milli komandasının sabiq futbolçusu Amit Quluzadə yenidən ölkə xaricində oynayacaq.

Sportal.az xəbər verir ki, son illərdə Avropada oynayan Quluzadə Avstriyada çıxış edəcək. O, aşağı liqada yarışan "Stadl-Paura" klubu ilə anlaşıb.

Futbolçu yeni klubu ilə razılığa gəlməsindən və oradakı məqsədlərindən söz açıb: "Tanıdığım məşqçi mənə zəng edib, bu haqda danışdı. Sözün düzü, özüm də Avropada oynamaq istəyirdim. Asiyadan 2 rəsmi təklifim var idi. Sadəcə Avstriya klubuna keçmək istəyirdim. Sadəcə viza məsələsinə görə Asiya klublarına mənə vaxt vermələrini xahiş etmişdim. Fikirləşdim ki, viza almaq çətin olar. Amma şükür Allaha vizanı aldım və Avstriyaya yollanacam. Yaxın vaxtlarda bu ölkəyə uçacam. Bu, mənim üçün yeni başlanğıcdı. Ümid edirəm ki, hər şey yaxşı alınar və uğurlu keçər hər şey".

Xatırladaq ki, Amit Quluzadə “Neftçi”, “Kayseri Erciyesspor”, “Qəbələ”, “Atletiko”(Lissabon), “Sumqayıt”, “Larissa”, “Səbail”, “Drita”, “Çelik”, “Milsami” klublarının formasını geyinib.

 

Xəbər xətti