"Sabah"ın yeni transferi: "İnter"in futbolçusunun dostu, "Qarabağ"ın hücumçusunun, "Zirə"nin legionerinin keçmiş komanda yoldaşı - FOTOLAR

19:15 - 18 Fevral 2022

"Sabah" növbəti transferini həyata keçirib.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisi Bosniya və Herseqovinadan olan Boyan Letiçlə müqavilə imzalayıb. 29 yaşlı müdafiəçi mövsümün sonunadək "Sabah"da çıxış edəcək.

Sol cinah müdafiəçisi olan Letiç karyerası ərzində “Kozara Qradiska”, “Velej Mostar”, “Sarayevo” (hamısı Bosniya və Herseqovina), “Jilina” (Slovakiya), “Karvina”(Çexiya), “Radniçki”  (Serbiya) klublarında çıxış edib.

Son olaraq İspaniyanın “Mirandes” klublarında oynamış müdafiəçi karyerası ərzində həm Avropada tanınmış, həm də Azərbaycan futbolsevərləri üçün tanış futbolçularla birlikdə çıxış edib.

Lazar Corceviç

“Zirə”yə keçdiyi ilk vaxtlarda normal oyun sərgiləsə də, son oyunlarda komandasının məğlubiyyətlərində səbəbkar olan Lazar Corceviç mövsüm sonunda komandadan göndərilmişdi. 29 yaşlı futbolçu sonradan komandadan göndərilmişdi. O, hazırda Bəhreynin “Əl-Xaldiya” klubunda oynayır. Corceviç “Radniçki”də Letiçlə birlikdə oynayıb.



Pavel Dreksa

Letiçin yolu "Neftçi"nin sabiq futbolçusu Pavel Dreksa ilə də kəsişib. Belə ki, onlar 2017-2019-cu illərdə Çexiyanın “Karvina” klubu üçün mübarizə aparıb. 



Ramil Şeydayev

Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Ramil Şeydayev də bosniyalını yaxından tanıyır. Belə ki, o, "Jilina"da Letiçlə komanda yoldaşı olub. Sonradan isə Şeydayev "Trabzonspor"a, Letiç isə "Karvina"ya yollanıb.



Yevgeni Koçuk

Azərbaycanda “Səbail”, “Sabah” və “Keşlə” klublarında oynamış Koçuk hazırda Ermənistanın "Pünik" klubunda çıxış edir. O da Letiçi "Jilina"dan tanıyır.




Milan Şkrinyar

"Sabah"ın yeni transferinin keçmiş komanda yoldaşları arasında “İnter” və Slovakiya millisinin müdafiəçi Milan Şkrinyar da var. 2017-ci ildən “İnter”də çıxış edən Şkrinyar “Jilina”da 2 mövsüm birlikdə oynayıb. 

Xəbər xətti