Azərbaycan yığmasının futbolçusu: "Məqsədim buradan da Avropanın daha güclü klublarından birinə keçməkdi"- MÜSAHİBƏ

20:50 - 18 Fevral 2022

Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının üzvü Asim Əlizadə Sportal.az saytına müsahibə verib. "Neftçi"yə məxsus futbolçu Latviyanın "Dauqavpils"ə keçmək ehtimalı haqda danışıb.

- Hazırda "Dauqavpils"in düşərgəsindəsən. Rəsmi müqavilə nə vaxt imzalayacaqsan? 
- Rəsmi müqavilənin nə vaxt imzalanacağımı dəqiq deməyiblər. Ancaq düşünürəm ki, növbəti yoldaşlıq oyunundan sonra mənim haqqımda dəqiq qərarlarını mənə deyəcəklər.

- Kollektivdə səni necə qarşıladılar? 
- İki həftədir ki, buradayam. Mənə qarşı münasibət yaxşıdı. Məşqçilərlə münasibətim də normaldı. Məni burada yaxşı, gülərüz qarşıladılar. Həqiqətə bu, məni çox sevindirdi. 

- Latviya klubunda icarə əsasında oynayacaqsan? "Dauqavpils"ə yollanmağın oradan da daha güclü klublara keçməkdi, yoxsa "Neftçi"nin əsas komandasında yerini bərkitmək üçün bunu etmisən?
- Bəli, müqavilə bağlayası olsam, icarədə oynayacam. Bura gəlməkdə məqsədim Avropa klublarına yollanmaqdı. Yox, əgər alınmasa, istəyirəm ki, “Neftçi”nin əsas komandasında yerimi bərkidib. 

- "Neftçi" icarəyə yollanmağına razıdı?
- Bəli, rəhbərliklə danışıqlar oldu. Onlar da məni təcrübə yığmaq, daha çox oyun vaxtı qazanmağım üçün məsləhət gördülər ki, bura gəlib. İcarə müddəti bitəndən sonra isə Avropanın daha güclü klubuna, liqasına yollanmaq istəyirəm. Bu, hamı kimi mənim də məqsədim və xəyalımdı. Alınmasa, “Neftçi”nin əsas komandasına qoşularam.

- Yayda "Olimpiakos"la görüşdə də meydana çıxmışdın. Maraqlıdı, nəyə görə "Neftçi"nin əsas komandasında özünə yer tapmadın?
- Məşqçilər sağolsun, bəli, “Olimpiakos”la oyunda da mənə şans vermişdilər. Komandada rəqabət güclüdü, təcrübəli futbolçular çoxdu. Burada isə daha çox oynamaq şansı qazanacağımı düşündüm və gəldim Latviyaya. 

- Azərbaycan U-21 yığmasına da cəlb edilirsən. "Dauqavpils"lə rəsmi müqavilə imzaladıqdan sonra yığmada daim oynaya biləcəksən?
- Yığmadakı vəziyyətə gəldikdə, bu, məşqçilərin seçimindən asılıdı. Burada daim oynasam, ümid edirəm ki, milliyə yenə dəvət alaram.

- Gənc futbolçularımızdan Yunanıstana, Polşaya, Latviyaya yollananlar var. Gənclər bunu nəyə görə edir, legioner həyatı yaşamaq niyyətilə, yoxsa Azərbaycan klublarının ehtiyat duymadığına görədi?
- Deməzdim ki, klublarımız bizə ehtiyac duymur. Sadəcə hamımız legioner həyatı yaşayıb, daha çox təcrübə yığıb inkişaf etmək haqda düşünürük. Buradan daha yaxşı liqalara, klublara keçid etmək olar.

Xəbər xətti