"Qarabağ" Emilin Qazaxıstana yollanmasına icazə verəcək?

11:28 - 20 Fevral 2022

“Qarabağ”ın qapıçısı Emil Balayev yenidən Qazaxıstana yollanmağa, “Turan”la müqavilə imzalamğın əleyhinə deyil.

Sportal.az xəbər verir ki, Ağdam klubunda oyun praktikasından əziyyət çəkən 27 yaşlı kiper Luka Quqeşaşvilinin gəlişindən sonra 3-cü qapıçı statusundadı.

“Qarabağ” Emili bu tezliklə buraxmaq niyyətində deyil. Məsələ burasındadır ki, Ağdam klubu əsas qolkiper Şahruddin Məhəmmədəliyevin sıraya dönməsindən sonra Emili buraxacaq.

Martın əvvəlində isə Qazaxıstanda yeni sezon start götürəcək.

​Emilin “Turan”a keçib-keçməyəcəyi yaxın vaxtlarda dəqiqləşəcək.

Xəbər xətti