"Mahir Emreli haqda çox eşitmişəm. Onun yüksək səviyyəli futbolçu olduğunu bilirəm. Ümidvaram ki, “Dinamo”nu gücləndirəcək".
Bu sözləri Sportal.az saytına açıqlamasında Matiya Şpiçiç deyib.
“Sibir”, “Osiyek”, “Dinamo”(Tbilisi), “Visla”(Krakov), “Qoriça” klublarında və Xorvatiyanın aşağı yaş qruplarından ibarət yığmalarında oynamış Şpiçiç Emreli barədə danışıb.
Azərbaycanda "İnter" klubunun formasını geyinmiş veteran futbolçu yeni transferinin ilk oyununu dəyərələndirib. O, Avropa Liqasının pley-off mərhələsinin “Sevilya” ilə oyununda debüt edən millimizin transferi barədə bunları deyib:
“Dinamo” – “Sevilya” oyununa baxdım. Mahir Emreli heç nə etmədi. Onun üçün oyuna qoşulmaq çətin idi. Çünki həmin vaxtı “Dinamo” məğlub durumda idi. İstənilən halda Mahirin “Dinamo” üçün uğrulu olacağını düşünürəm”.
Şpiçiç 2013-2015-ci illərdə “İnter”(indiki “Keşlə”) forması geyinib.