Litva millisinin üzvü Arvidas Novikovas karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportal.az saytının məlumatına görə, litvalı futbolçuya Premyer Liqamızda çıxış edən iddialı klublardan birinə təklif edilib. Həmin klublardan biri də "Neftçi"di.
Hazırda "Erzurumspor"da çıxış edən futbolçu onu razı salan maliyyə təklifi olacağı təqdirdə, yaydan sonra karyerasını ölkəmizdə davam etdirə bilər. Superliqa klublarından da təklif alan litvalı yarımmüdafiəçinin yayda konkret qərarını verəcək.
31 yaşlı futbolçu “Vilnus”, “Harts”, “Erzgebirge Aue”, “Sent-Contson”, “Bohum”, “Yagelloniya”, “Legiya”, “Yagelloniya” klublarında oynayıb.