Azərbaycan millisinin veteran qapıçısı Aleksandr Jidkov Sportal.az saytına açıqlama verib.
O, “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində “Marsel”i keçmək şanslarını dəyərləndirib: "Təbii ki, ilk oyundakı 1:3 hesablı məğlubiyyət kiçik hesab deyil. Bunun əvəzini çıxmaq asan olmayacaq. “Qarabağ”a uğurlar arzulayıram.
İstənilən məşqçiyə keyfiyyətli oyunçular lazımdı. Qurban Qurbanovun sərəncamında keyfiyyətli oyunçular var. Ona görə də nəticə verir, həm Premyer Liqada liderdi, həm də avrokuboklarda daim çıxış edir. Qurban Qurbanovun öz işi də ortadadı. Çempionlar Liqasının qrup mərhələsində oynadılar, indi Konfrans Liqasında pley-off mərhələsindədilər. Bunlar hamısı “Qarabağ”ın işinin göstəricisidi. Qurban Qurbanov və “Qarabağ”a uğurlar arzulayıram".
Vaxtilə milli komandamızın qapısını qorumuş veteran qolkiper Mahir Emrelinin də “Dinamo”ya keçidini dəyərləndirib: "Mahir yaxşı futbolçudu. Avropada tələblər fərqlidi. Legioner futbolçusansa, daim özünü sübut etməlisən. Ki, yerlidən güclü olduğunu göstərəsən. Bu, qanundu. Ona görə də “Dinamo”ya tez bir zamanda adaptasiya olmaq lazımdı. Ona da uğurlar arzulayıram”.
Sonda isə təcrübəli mütəxəssis Rusiyada çıxış edən Ayaz Quliyev, Kamran Əliyev in Azərbaycan millisindəki mümkün çıxışından söhbət açıb: “Bu, uşaqların öz seçimidi. Əlbəttə ki, bu futbolçular Azərbaycan millisi üçün oynaya bilərlər. Amma onların əvəzinə nəsə demək istəmirəm. Yəni, bu futbolçuların seçiminə təsir göstərə bilmərik”.
“Neftçi”, “Dinamo”, “Anji”, “Tom” klublarının da qapısını qorumuş Jidkov 1994-1998-ci illər arasında Azərbaycan millisinin şərəfini qoruyub.
saytlarin hazirlanmasi