"Lion Duşer" klubunda məşqçi kimi çalışan Yasin Hima Sportal.az saytına açıqlama verib.
Vaxtilə "Neftçi"də oynamış veteran futbolçu həm Azərbaycan, həm də Fransa futboluna yaxşı bələddi.
Hima "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsinin "Marsel"lə görüşü barədə fikirlərini bildirib: "İlk oyuna baxdım. Həqiqətən yaxşı futbol alındı. "Qarabağ" da "Marsel"ə qarşı futbol nümayiş etdirdi.
Fransada insanlar da "Qarabağ"ın yaxşı komanda olduğunu bildirir. Təbii ki, cavab qarşılaşması da asan olmayacaq. Cavab oyunu da maraqlı alınacaq. Amma necə olacağını oyunda görəcəyik”.
Hima 2010-2011-ci illərdə "Neftçi"də oynayıb.