“Qarabağ”ın “Marsel” səddini keçməsi çətin görünür. Çünki “Marsel” güclü komandadı və ilk oyunda 1:3 hesablı məğlubiyyət də “Qarabağ”ın işini çətinləşdirir. Futbolda nə vaxt nəyin necə olacağını bilmək mümkün deyil. Sadəcə “Qarabağ”ın qalib gəlmək üçün şansı azdı”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Miro Varvodiç deyib.
“Qarabağ”ın sabiq qolkiperi Ağdam klubunun Konfrans Liqasının pley-off mərhələsinin “Marsel”lə cavab qarşılaşması haqda danışıb. Xorvatiyalı kiper Ağdam klubunun şanslarının az olmasına baxmayaraq, necə oynayacağı təqdirdə istədii ntəciəni əldə edə biləcəyini də söyləyib: “Qarabağ” bu oyunda ağıllı oynamalıdı. Qol vurduqdan sonra ağıllı oyuna davam etmək lazımdı. Əgər, sona 15-20 dəqiqə qalmış istədiyi nəticə olmasa, ancaq irəli oynamaq qalır".
Ağdam klubunun qapısını qorumuş təcrübəli kiper bu oyunda “Qarabağ”ın şansa ehtiyacı olduğunu söyləyib: “Qarabağ” “Marsel” səddini keçərsə, bu, böyük sürpriz olacaq. Çünki “Marsel” çox yaxşı komandadı. “Qarabağ” özü də əla komandadı. Sadəcə Avropa Liqası və Konfrans Liqasında qələbələr qazanmaq üçün həm də şans, bəxt yanınızda olmalıdı. “Qarabağ” “Ludoqorets”, “Partizan”, “Sparta” kimi komandalarla oynasaydı, qalib gəlmək ehtimalı yüksək olardı. Ancaq rəqib “Marsel”, “Lester” kimi komandalar olanda, gərək şans sizin yanınızda olsun. Ki, sonda qalib gələ biləsiniz. Çünki onlar çox yaxşı komandalardı”.
“Qarabağ” avrokuboklarda qalib olmaq üçün hər il 2-3 milyon pul xərcləməlidi. Qurban Qurbanovun etdikləri yüksək dəyərləndirilməlidi. Onun verdiyi nəticə göz qabağındadı. O, komandasından maksimumu alır. Buna görə də Qurbanovu təbrik edirəm" – deyə, Miro Varvodiç fikirlərini yekunlaşdırıb.