Azərbaycan millisində oynamış Dmitri Nazarov yayda karyerasını ölkəmizdə davam etdirməyə yaxın idi.
Sportal.az saytının məlumatına görə, “Erzgebirge Aue”də çıxış edən yarımmüdafiəçi yüksək maaş tələb etdiyinə görə klublarımızdan birinə keçidi baş tutmamışdı.
Etibarlı mənbədən daxil olan məlumata görə, Nazarov meneceri vasitəsilə bu dəfə əvvəl istədiyi məbləğdən daha az məbləğ istəyib.
Məhz buna görə də, onun yayda Azərbaycan Premyer Liqasında oynamaq ehtimalı yüksəlib. Amma danışıqlar mövsüm sona çatandan sonra başlayacaq.
Xatırladaq ki, yayda futbolçu “Neftçi” və “Sabah” klublarına təklif edilmişdi. Amma onun yüksək maaş tələb etməsi transfer danışıqlarının irəliləməsinə mane olmuşdu.
Futbolçu bu mövsüm Almaniya 2-ci Bundesliqasında 19 oyuna 1 qol vurub.