Türkiyə mətbuatı “Qarabağ” və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevdən yazıb.
Sportal.az xəbər verir ki, “TRT Spor”un portalında tez-tez dərc edilən “indi hardadılar” bölməsinin bu dəfəki “qonağı” Şeydayev olub. Türkiyəli həmkarlarımız “Trabzonspor”da oynamış Ramil barədə bunları yazıb:
“20 yaşında “Trabzonspor”la müqavilə imzalayan, amma bu klubda cəmi 3 rəsmi matça çıxan 26 yaşındakı forvard, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev hazırda haradı və nə edir?
Sankt-Peterburq doğumlu olan Şeydayev peşəkar karyerasına “Zenit”in ikinci komandasında başlayıb, daha sonra "Rubin"də oynayıb. 2016-cı ildə 20 yaşında “Trabzonspor”la müqavilə imzalayan Şeydayev gözlədiyi şansı tapmayınca cəmi 3 oyun oynamış olub. "Jilina" və "Qarabağ"da icarə əsasında oynamış forvard, 2018-ci ildə "Krılya Sovetov"la müqavilə imzalayaraq Rusiyaya dönmüş olub.
Rusiyada "Dinamo" (Moskva) klubunda da oynamış forvard 2020-ci ildə "Sabah"a keçərək yenidən Azərbaycan Premyer Liqasına qayıdıb. 26 yaşındakı milli forvard hazırda ötən yay müqavilə imzaladığı "Qarabağ"da ikinci dönəmini yaşayır".
Mirbağırağa