AFFA-nın təklifindən imtina edən futbolçu Polşa yığmasında oynayacaq: "Sənədləri hazırlamışam"

13:06 - 17 Aprel 2022

"Legiya"nın futbolçusu Ramil Mustafayev Sportal.az saytına açıqlama verib.

O, bir müddət əvvəl Rusiya yığmasında oynamaq üçün AFFA-nın ona göndərdiyi təklifdən imtina etmişdi.

İndi isə o, Polşa yığmasında oynamağa hazırlaşır. Futbolçu saytımıza açıqlamasında bunun üçün sənədləri hazırladığını söyləyib:

"Bəli, Azərbaycan yığmasında oynamaq təklif edilmişdi. Amma həmin vaxtı Rusiya yığmasında oynamaq istədiyim üçün bu təklifdən imtina etmişdim. Onların özündən heç dəvət gəlmədi. Düzü, oynamaq istəyərdim. Amma indiki halda yəqin qəbul etməyəcəkdim. Çünki artıq Polşa pasportuna yiyələnmək üçün sənədləri hazırlamışam. Azərbaycanın hansı yaş qrupunda oynamağı təklif etmişdilər, düzü, unutmuşam”.

Xəbər xətti