21 yaşlılardan ibarət yığma komandamızın üzvü Şakir Seyidovun "Dauqavpils"ə keçmək ehtimalı barədə yazmışdı.
Sportal.az saytının məlumatına görə, Seyidov artıq Latviyaya yollanıb.
O, komandanın dünənki axşam məşqində iştirak edib. Uzun müddətdir ki, vizasını almağa cəhd edən futbolçu istəyinə çatıb və Latviyaya yollanaraq komandanın düşərgəsinə qoşulub.
Futbolçunun növbəti turdan Latviya çempionatında oynayıb-oynamayacağı isə klubun onun adını nə qədər tez sifariş etməsindən asılı olacaq.
Şakir qarşıdakı altı ayı icarə əsasında "Dauqavpils"də keçirəcək.