Şimali Makedoniyanın "Renova" klubunda oynayan Nazim Məmmədzadə mayda Azərbaycana qayıdacaq.
Sportal.az saytının məlumatına görə, futbolçu sənəd məsələlərinə görə liqanın son oyunlarını gözləmədən Bakıya dönməli olacaq.
Şimali Makedoniya çempionatında sonuncu tur mayın 15-də keçiriləcək.
Məmmədzadə 33-cü turu gözləməyib vətənə qayıtmalıdı. “Renova” ilə 2 illik müqaviləsi qüvvədə olan futbolçu yeni mövsümün hazırlıqları üçün iyun-iyul arasında komandasının düşərgəsində qoşulacaq.