Karyerasını Rusiyada davam etdirən həmyerlimiz: "Azərbaycan Premyer Liqasında oynamaq mənə maraqlıdı"

18:57 - 18 Aprel 2022

Uzun illərdi ki, Rusiyada oynayan, əslən azərbaycanlı Habil Nurəhmədov Sportal.az saytına açıqlama verib. “Xəzər Lənkəran”, AZAL, “Şahdağ” klublarında oynamış 29 yaşlı futbolçu hazırda Rusiyada “Yessentuki” klubunda çıxış edir.

O, Rusiyadakı karyerasından söhbət açıb: "Bir müddət əvvəl zədələnmişdim və indi bərpa prosesi keçirəm. Hazırda komandada məndən savayı azərbaycanlı yoxdu. Komandaya qışda gələndə Murad Səttarlı və Ziyadxan Məmmədov da buradaydı. "Legion"da az-az oynayırdım. Ona görə də komandanı tərk etməyə qərar verdim. Bəli, Həbib Nurməhəmmədov da bizim komandadaydı. Amma onunla birlikdə məşq etməmişdik.

Rusiya 1-ci liqasında oynamaq, orada iştirak edən klublardan birinə düşmək üçün köməyə də ehtiyac var. Ən azından hansısa köməklə liqada iştirak edən klubların toplanışlarına cəlb oluna bilirsən".

O, Azərbaycanda Premyer Liqasında oynamaq istədiyini bildirib: "Əlbəttə ki, Azərbaycanda oynamaq mənə maraqlıdı. Təkliflərim olmuşdu. Mənə Azərbaycan Premyer Liqasında oynamaq maraqlıdı. Amma göründüyü qədərilə Rusiya 2-ci liqası ilə maraqlanmırlar".

Xəbər xətti