"Qəbələ"nin hücumçusu Ülvi İsgəndərov Sportal.az saytına müsahibə verib.
- "Qəbələ" son turda "Sumqayıt"la bərabərə qaldı. Səncə, nəyə görə komanda qalib gələ bilmədi?
- Çətin olacağını bilirdik. Oyuna da yaxşı hazırlaşmışdıq. Yaxşı nəticə həmişə qalib gəlməkdi. Ancaq bir xal da pis nəticə deyil.
- Ötən tur son pillədəki "Səbail"ə uduzduz, bu tur 7-ci pillədədiki "Sumqayıt"ı uda bilmədiniz. "Səbail" məğlubiyyəti komandaya çox pis təsir edib?
- Əlbəttə ki, mənfi təsir edir. Ancaq geridə qalanları fikirləşmək lazım deyil. Çempionatda 5 oyunumuz qalıb. Maksimumu etməliyik ki, istədiyimizə çataq.
- Ümumiyyətlə, son turlardakı uğursuzluqlar uzun müddətdi ki, qalib gələ bilmirsiniz. Bunu nə ilə əlaqələndirirsən, "qara zolaq"dasız?
- Zədəlilərimiz və cəzalı oyunçularımız olur. Tam optimal heyətlə hazırlaşa bilmirik. Başqa komandalara baxanda bizdə oyunçu sayı azdı.
- "Qəbələ" kubokun yarımfinal mərhələsində "Qarabağ"la qarşılaşacaq. Yarımfinalda "Qarabağ" səddini keçmək ehtimalınız nə qədərdi?
- Futbolda hər şey mümkündü. Əlimizdən gələni etməyə çalışacağıq ki, finala vəsiqə qazanaq.
- "Qəbələ" ardıcıl üç oyununu "Qarabağ"a qarşı keçirəcək. Ümumiyyətlə, "Qarabağ"la qısa zaman kəsiyində üç dəfə qarşılaşmağa fiziki cəhətdən hazırsız?
- Əlbəttə ki, ardıcıl olaraq "Qarabağ"la üç dəfə oynamaq çox ağır olacaq. Fiziki durumumuz yaxşıdı. Hər şeyin daha yaxşı olacağına inanıram.
- "Sabah" hazırda "Qəbələ"dən 3 xal geridə qalır. Onların sizi turnir cədvəlində ötüb keçmək təhlükəni hiss edirdisz? Çempionatın son turunda "Qəbələ" "Sabah"ı qəbul edəcək. Ola bilər ki, hər şeyə bu oyunda aydınlıq gəlsin?
- Çempionatda təhlükə həmişə var, ola bilər. Futbolda hər şey baş verir. Onu qarşıda turlarda görəcəyik.
- Uzun müddətdir ki, qol vurmursan deyə bombardirlər sırasından da adın yoxdu. Bu mənada motivasiyadan düşmürsənki? Bir də son vaxtlar qol vurmamağını nə ilə əlaqələndirirsən?
- Xeyr, motivasiyadan düşmürəm. Çünki 5 oyunda qollar vuraraq kamandama kömək eləmək istəyirəm.