Müqavilə ilə "Keçiörengücü"nə məxsus olan, amma "Sumqayıt"ın düşərgəsində məşq edən Vüsal İsgəndərli yenidən Türkiyəyə qayıda bilər.
Sportal.az saytına açıqlama verən yarımmüdafiəçi çempionatın qalan hissəsini "Sumqayıt"da keçirə biləcəyi barədə çıxan xəbərlərə reaksiya verib.
O, Türkiyəyə qayıda biləcəyindən söz açıb: "Sumqayıt"a keçməyimlə bağlı xəbərlər doğru deyil. Çempionatın qalan hissəsini burada keçirməyim qaydalar imkan vermir. Çünki mən artıq mövsümün ikinci yarısında "Keçiörengücü"ndə oynamışam. Oynamasaydım, alınardı, belədə isə olmaz. Mümkün olmayan bir şeydi.
Türkiyəyə qayıtmaq ehtimalım var. Necə olacağını zaman göstərəcək. Təkliflərim var, qərar qəbul olunacaq yaxın zamanlarda".