Almaniya klubunun futbolçusu "Qəbələ"yə keçə bilərmiş

12:47 - 19 Aprel 2022

"Alemanniya Ahen" klubunda çıxış edən Tuğrul Eratın Azərbaycana gəlişi son anda baş tutmayıb.

Sportal.az saytının məlumatına görə, yarımmüdafiəçi Premyer Liqamızda çıxış edən bir neçə komandanın maraq dairəsindədi.

29 yaşlı yarımmüdafiəçi "Qəbələ"yə keçməyə yaxın olub. Amma sonda maliyyə məsələlərində razılıq əldə olunmadığına görə onun Azərbaycana gəlişi baş tutmayıb. Erat karyerasına Ahen klubunda davam etdirməyə qərar verib.

“Fortuna”(Düsseldorf) klubunun yetirməsi olan yarımmüdafiəçi “Duysburq”, “Strelen”, “Fatih Karagümrük”, “Bayrampaşaspor”, “Rot-Vays Oberhauzen” klublarında, həmçinin Azərbaycanın U-21 və əsas millisində çıxış edib.

Xəbər xətti