Azərbaycan millisinin üzvü Anatoli Nuriyevin "Sumqayıt"la anlaşması barədə xəbər vermişdik.
Sportal.az saytının məlumatına görə, yarımmüdafiəçi "gənclik şəhəri" təmsilçisi ilə rəsmi müqavilə imzalayıb və onun adı çempionat üçün sifariş də edilib.
Hələ ki, o, Ukraynadan Bakıya gəlməyib. AFFA futbolçunun ölkəmizə gəlməsi üçün köməklik göstərir. Nuriyevlə rəsmi müqavilə imzalanılsa da, danışıqlara əsasən Azərbaycana gəldikdən sonra onun müqaviləsi rəsmən qüvvəyə minəcək.
Futbolçu son olaraq "Kolos" forması geyinib.