"Milliyə dəvət almaq klubun turnir cədvəlindəki mövqeyindən yox, futbolçunun performansından asılıdı" - MÜSAHİBƏ

15:53 - 19 Aprel 2022

"Neftçi"yə məxsus olan ancaq icarə əsasında "Səbail"in qapısını qoruyan Rəşad Əzizli Sportal.az saytına müsahibə verib.

- Ötən turda "Zirə"yə uduzdunuz. Komandanın uduzmasının əsas səbəbi nə idi?
- Oyuna yaxşı başlamışdıq. Sırf müdafiədə oynamağa çıxmamışdıq, hücumlarımız da olurdu. İki qoldan sonra 2 100 faizli qol imkanımız oldu, ancaq istifadə edə bilmədik. Həmin epizodlar qol olsaydı, oyun tam başqa cür də bitə bilərdi. Sonda bir qol vurduq. Bir qədər vaxtımız olsaydı, ikinci qolu da vura bilərdik.

- "Zirə" ötən mövsüm formasını geyindiyin komandadı. Bu görüşün sənin üçün xüsusi önəm kəsb edirdi?
-
Mənim üçün hər oyun vacibdi. Özümü hər oyunda yaxşı tərəfdən göstərməyə çalışıram.
 

- "Səbail" hazırda son pillədədi. Gələndən sonra da bütün oyunlarda dayanmamısan qapıda. Bu mənada, "Zirə"dən ayrılmağına peşman olmamısanki?
-
Xeyr, heç bir peşmançılığım yoxdu. İki tur oynamadım. Baş məşqçi sadəcə olaraq gələn il üçün digər qapıçını yoxlamaq istəyirdi. 

- Növbəti turda isə rəqib "Neftçi"di. Müqavilə ilə bu kluba məxsussan. Onlara qarşı matç necə, sənin üçün xüsusi olacaq? 
-
"Neftçi" qış fasiləsindən sonra daha uğurlu çıxış edir. Onlara qarşı daha çox diqqətli oynamaq lazımdı. Hər verilən boşluqdan maksimum istifadə edirlər. Bu oyuna da həmişəki kimi hazırlaşıram. Mənim üçün "Neftçi" əzizdi, doğmadı. Sadəcə bu oyunda özümü yaxşı tərəfdən göstərib, komandama kömək edib, uğur qazanmaq istəyirəm.

- Ümumiyyətlə, yayda "Neftçi"yə qayıdıb yeni mövsümə orada başlayacaqsan?
- İlk növbədə mən oranı fikirləşirəm. 
"Neftçi"də oynamaq istəyirəm. Çünki "Neftçi" mənim üçün doğmadı, orada oynamaq mənə rahatdı. Amma necə olacağını mövsüm bitdikdən sonra demək olar. 

- "Səbail"in qapısını qorusan da, özünü yaxşı tərəfdən göstərəcəyin təqdirdə Azərbaycan millisinə dəvət ediləcəyinə inamın var?
- Millidə yer almağı çox istəyirəm. Bunun olacağına inanıram. Özü də məncə, bu, klubun turnir cədvəlindəki mövqeyindən yox, futbolçunun performasından asılıdı. 
 

Xəbər xətti