Azərbaycan millisinin hücumçusu Namiq Ələsgərov "Bursaspor"da qalmaq niyyətindədi.
Sportal.az saytının məlumatına görə, Bursa təmsilçisinin mövsümü uğursuz keçirməsinə baxmayaraq futbolçu klubunu dəyişmək fikrində deyil.
Bu mövsüm klubunda 5 qol, 6 assistlə oynamış Ələsgərov Türkiyədəki vəziyyətindən məmmun olduğundan Bursanı tərk etməyəcək. Təbii ki, bu, "Bursaspor"un birinci liqadakı yerini qoruyub-saxlayacağı təqdirdə reallaşacaq. Əks halda isə, millimizin üzvü komandada qala bilməyəcək. Məsələ burasındadır ki, Türkiyədə Superliqa və birinci liqadan savayı digər liqalarda legionerlərin oynamasına icazə verilmir.
Millimizin üzvünün Bursa klubu ilə müqaviləsi 2023-cü ildə sona çatacaq. Amma daha bir illik müqavilə imzalamaq hüququna malikdi. Hazırda “Bursaspor” 1-ci liqada 19 komanda arasında 18-ci pillədədi.