Karyerasını İsveçdə davam etdirən Ayxan Cabbarovun yüksək liqa təmsilçisi “Hakken”ə keçmək ehtimalı olduğunu və bu klubun düşərgəsinə dəvət edilməsi barədə xəbər vermişdik.
Sportal.az saytına açıqlama “Savadalens”ə məxus futbolçu yüksək liqada oynamaq ehtimallarından danışıb:
“Hakken”dən mənimlə danışığa keçdilər. Onlar məni çoxdan izləyirlərmiş. Buna görə də məni məşqə dəvət etdilər. Getdim və komandanın düşərgəsində məşq etdim. Hazırda oyunlarımı nəzarətdə saxlayırlar. “Hakken” məni yay transfer siyahısına daxil edib. Hansı dəyişiklik olarsa, sizi xəbərdar edərəm”.
saytlarin hazirlanmasi