Azərbaycan yığmasının daha bir üzvü Xorvatiya klubuna keçə bilər

13:34 - 21 Aprel 2022

Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının üzvü Mustafa Yıldırım yayda Xorvatiya klubuna keçə bilər.

Sportal.az saytının məlumatına görə, U-21 yığmamıza da cəlb edilən forvard Xorvatiya 1-ci liqasında mübarizə aparan "İnter"in maraq dairəsindədi.

Belə ki, Zapreşiça təmsilçisi Mustafa üçün "İstanbulspor"a müraciət edəcək. Hazırda forvard icarə əsasında Türkiyə 2-ci liqasında "Pazarspor" forması geyinir.

Xəbər xətti