Legioner həyatını Çexiyanın 2-ci liqa klubu olan "Viktoriya Jijkov"da davam etdirən Fərid Nəbiyev Sportal.az saytına müsahibə verib. Komandası turnir cədvəlinin son pilləsində qərarlaşan azərbaycanlı futbolçu Jijkov klubunun durumu barədə danışıb.
- Komanda 4 turdan sonra xal qazana bildi. "Fotbal Trineç"lə 2:2 hesablı bərabəliyi necə dəyərləndirirsiən?
- Bu oyuna çox yaxşı başlamışdıq. Hətta hesabda önə də keçməyi bacardıq. Ancaq ani diqqətsizlikdən qapımızda qollar gördük. Sonda da matç bərabərliklə sona çatdı.
- Səncə komandanın xal qazanmasına mane olan əsas səbəb nədir?
- "Qara zolağ"a düşmüşük və heç cürə çıxa bilmirik. Amma hazırlığımız, məşqlərimiz öz qaydasında davam edir. Allah qoysa qarşıdakı oyunlarda qələbə qazanarıq.
- Hazırda komanda turnir cədvəlinin son pilləsində qərarlaşıb. Özünüz də son pillədən qurtulmağın mümkün olmayacağını düşünürsünüz?
- Düzdü, son pillədən qurtulmaq çox çətin görünür. Amma mümkünsüz bir şey də yoxdu. Sona qədər mübarizəmizi aparacağıq.
- Bu cür vəziyyətdə meydana çıxmağa, döyüşməyə özünüzdə necə güc tapırsınız? Sizi motivasiya edən nə var?
- Nəticələrə baxmayaraq, oyunlara motivasiya ilə çıxırıq. Sadəcə, təəssüflər olsun ki, istədiyimiz qələbəni əldə edə bilmirik. Ümid edirəm ki, qarşıdakı oyunlarda qələbə qazanacağıq.
- Qışda bir neçə klubdan təklifin var idi. Jijkov klubundan ayrılmayıb, hazırki vəziyyətlə qarşılaşdığına görə peşman olmadınki?
- Əlbəttə ki, peşman deyiləm. Futbolda bəzən düşündüklərimiz, istədiklərimiz qaydasında getməyə bilər. Qarşıda 6 oyun var. Bundan sonra tam dəqiq bilinəcək hər şey. Əlbəttə
- Uğurlu nəticələr olmadığına görə, maliyyə sarıdan sıxıntılar çəkirsiz?
- Xeyr. Maliyyəmiz həmişəki kimi eyni olaraq qalır.
saytlarin hazirlanmasi