"Bu qədər səviyyəsi düşmüş Premyer Liqamızda bombardirlərin cəmi 10 qol vurması qəribə və gülməlidi"

17:50 - 22 Aprel 2022

"Azərbaycan Premyer Liqasında bombardirlər siyahısına baxıram, ən çox 10 qol vurublar. Doğurdan, bu, gülməlidi. Özü də hamısı legionerlərdi. Çox təəssüf ki, bombardirlər siyahısında ən çox qol vuranlar legionerlərdi. Hamısı legionerlər olsa da, onlar da az qol vurub. Bu qədər səviyyəsi düşmüş Premyer Liqamızda, bombardirin cəmi 10 qol vurması qəribə və gülməlidi".

Bu sözləri Sportal.az saytına açıqlamasında Fərid Quliyev deyib.

Azərbaycan millisinin şərəfini qorumuş, "Qarabağ", Neftçi" kimi klublarda oynamış veteran hücumçu özü də vaxtilə ölkə çempionatının bombardiri olub. 2009/2010 mövsümündə "Standard"ın heyətində 16 qolla mövsümün bombardiri adını qazanmış Quliyev həm liqa, həm də sabiq komandalarından olan "Neftçi" barədə danışıb:

​"Hazırda ölkəmizdə oynayan legionerlərə baxıram...Reynaldonu xatırlayın, onun səviyyəsi hara, indikilərin səviyyəsi hara. Çempionatın hazırki durumu barədə nə demək olar? Bombardirlər siyahısına baxsaq, Premyer Liqamızın hansı durumda olmasını görərik. Çox istəyərdim ki, siyahıya azərbaycanlı futbolçu başçılıq etsin. İlk pillədə olmasa, heç olmasa "üçlük"də olsun. O da yoxdu. Nə deyim daha?".

"Neftçi"də stabillik çatışmır. Komandanın uğurlu olması üçün, stabillik olmalıdı. Məşqçi də stabil işləməlidi ki, nəticələr versin. Yeni "Neftçi" formalaşandan bu yana, Robert Bordinin baş məşqçisi olduğu dövrdə normal idi" - deyə, Fərid Quliyev fikirlərini yekunlaşdırıb. 

Mirbağırağa

Xəbər xətti