Azərbaycanlı futbolçu Estoniya yığmasında oynaya bilər

21:03 - 22 Aprel 2022

“Levadiya”da çıxış edən azərbaycanlı futbolçu Murad Vəliyev bir müddət əvvəl Azərbaycanın U-20 yığmasına dəvət edilmişdi.

Sportal.az saytına daxil olan məlumata görə, gənc yarımmüdafiəçi Estoniya Futbol Federasiyasının da diqqət mərkəzindədi. Belə ki, həmyerlimiz bu ölkənin U-21 yığmasına da cəlb edilə bilər. Aldığımız məlumata görə,
​futbolçunun özü Azərbaycanın U-21 yığmasında çıxış etmək istəyir.

Estoniyanın U-21 yığmasının baş məşqçisi Sander Post özü də Vəliyevi sərəncamında görmək istəyir.

Vəliyev əvvəllər Estoniyanın U-16, U-18, U-19 yığmalarında oynayıb.

Xəbər xətti