“Qarabağ” Luka Quqeşaşviliyə 3 illik müqavilə təklif edib.
Sportal.az xəbər verir ki, müqavilə ilə “Yagelloniya”ya məxsus olan gürcü qolkiperin Ağdam klubunda qalıb-qalmayacağı hələ konkretləşməyib.
Məsələ ilə bağlı Polşa klubunun rəsmisi Kamil Svirdoviç saytımıza açıqlama verib. O, Lukanın Polşa klubuna qayıdıb-qayıtmayacağı ilə bağlı bunu deyib:
“Bu məsələyə qısa şərh verə bilərəm. Luka hazırda “Qarabağ”da icarə əsasında çıxış edir və bu klub onu transfer etmək hüququna malikdi. Məsələyə mövsüm sona çatdıqdan sonra geniş şərh vermək olar. İndi isə mövsüm davam edir və Quqeşaşvili məsələsi barədə geniş nəsə demək olmaz”.
saytlarin hazirlanmasi