Karyerasını İtaliyanın “Peruca” klubunda davam etdirən Raul Yaqubov Sportal.az saytına açıqlama verib.
Bir müddət əvvəl zədə səbəbindən məşqlərdən uzaq qalan gənc futbolçu İtaliyadakı durumundan və oradakı məqsədlərindən söz açıb. Yarımmüdafiəçi İtaliya A seriyasında oynamaq istədiyini deyib:
"Uzun müddət sonra oyuna çıxdım. U-19 komandamızın heyətində C seriyasından bir klubla yoxlama görüşü keçirdik, hər şey yaxşı alındı. Bizim U-19 komandası hazırda öz həmyaşıdları arasında keçirilən B seriyasında oynayır. Mən də komandaya qoşulmuşam və çempionat matçlarında oynamaq istəyirəm. İtaliyada qalmaq və karyerama burada davam etmək niyyətindəyəm. Təbii ki, məqsədim İtaliya A seriyasında oynamaqdı. Ümidvaram ki, bunu bacaracağam. Klubumda da işlər qaydasında gedir”.