- "Qarabağ" ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Qəbələ" 3:1 hesabı ilə qalib gələrək cavab qarşılaşması öncəsi böyük üstünlük qazandı. Səncə, "Qarabağ" artıq yarımfinaldadı, yoxsa "Qəbələ" geridönüş edə bilər?
- “Qarabağ” ilk oyunda “Qəbələ”yə 3:1 hesabı ilə qalib gələrək, demək olar ki, cütün taleyini 50-60 faizini həll etdi. Ancaq futbol sürprizlərlə doludu. Hələ heç nə demək olmaz. Düzdü, ilk oyundakı hesaba görə “Qarabağ”ın cavab matçında üstünlüyü olacaq. “Qəbələ” “Qarabağ”a qarşı evdə yaxşı oynadı. Cavab oyunu daha da maraqlı olacaq.
- "Qarabağ" ın qarşısıalınmaz olduğunu nə ilə əlaqələndirirsən, heyəti çox güclüdü, yoxsa rəqiblər meydana çıxanda onlardan çəkinir?
- “Qarabağ”ın böyük təcrübəsi var. Ardıcıl səkkiz ildir ki, komanda avrokuboklarda qrup mərhələlərində oynayır. Bu da hər güclü rəqibə qarşı oynadıqca daha çox təcrübə toplamaq deməkdi. Deməzdim ki, rəqibləri “Qarabağ”dan çəkinir və ya ondan zəifdi. Sadəcə olaraq, “Qarabağ”ın təcrübəsi digər klublardan daha çoxdu.
- Maraqlı burasındadır ki, "Qarabağ" növbəti matçını da "Qəbələ" yə qarşı keçirəcək. İki komandanın ardıcıl olaraq üz-üzə gəlməs üç ardıcıl olaraq üz-üzə gəlməsi futbolçular üçün nə dərəcədə maraqlı olur?
- Elədir, bu komandalar 10 gün ərzində 3 dəfə qarşılaşacaq. Əlbəttə ki, ardıcıl eyni komanda ilə oynamaq bəlkə də sıxıcı olar. Amma buna baxmayaraq, “Qarabağ”la “Qəbələ”nin matçları həmişə böyük maraq doğurur, hər iki komanda yaxşı oyun sərgiləyir. Mənə elə gəlir ki, bugünkü matçda da bizi maraqlı oyun gözləyir. Hər iki komandaya uğurlar arzulayıram.
- Son olaraq Mahir Emrelinin "Dinamo"dakı çıxışını dəyərləndirməyini istəyərdim. Baş məşqçi dəyişikliyi millimizin forvardına mənfi, yoxsa müsbət təsir edəcək?
- Bəs, ölkə çempionatında avrokuboklara vəsiqə üçün gedən mübarizəni necə dəyərləndirirsən? Səncə, sonda vəsiqəni "Neftçi", "Zirə", "Qəbələ", "Sabah" klublarından hansı qazanacaq?
- Son 5 tur çox gərgin mübarizə şəraitində gedəcək. Çünki hər komanda qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyub. İndidən heç nə deyə bilmərəm. Çünki “Neftçi”, “Zirə”, “Qəbələ”, “Sabah”ın da şansı var. Hansı komandaların avrokuboklara vəsiqə qazanacağını elə qarşıdakı oyunlar göstərəcək.
Mirbağırağa