Yeni mövsüm üçün heyətində bir çox dəyişikliklər edəcəyi gözlənilən "Şamaxı" hazırki heyətdən də bir neçə futbolçunu saxlamaq istəyir.
Sportal.az saytının məlumatına görə, bölgə klubu komandaya mövsümün gedişində qoşulan Natan Oduva ilə müqavilə müddətini uzatmaq istəyir.
"Tottenhem" yetirməsi olan futbolçu qısa müddətdir ölkəmizdə olmasına baxmayaraq, özünü yaxşı tərəfdən göstərərək Premyer Liqanmızda çıxış edən bir neçə klubun da diqqət mərkəzinə düşməyi bacarıb. Oduvanın yeni mövsümə "Şamaxı"da başlayıb-başlamayacağı mövsüm bitdikdən sonra dəqiqləşəcək.
Natan "Tottenhem"lə yanaşı "Reyncers, "Dundalk", "Luton Taun", "Kolçester" klublarında oynayıb.