Kanada millisi 36 ildən sonra dünya çempionatında çıxış edəcək. Futzal üzrə millinin baş məşqçisi kimi çalışan Elnur Qəmbərov Sportal.az saytına açıqlamasında böyük futbolla yanaşı ölkədə futzalda da uğurlar gözlədiklərini bildirib. Onun sözlərinə görə, Kanada millisinin Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanmasının futzal üçün də müsbət tərəfləri olacaq:
"Bəli, Kanada dünya çempionatına vəsiqə qazandı. İnsanlar çox yaxşı qeyd etdilər bunu. Təbii ki, nəticə bizi sevindirməyə bilməz. Səhv etmirəmsə, son 36 ildə ilk dəfə idi dünya çempionatına vəsiqə qazanırdılar. Yəqin ki, futzalda da nailiyyətlər istəyəcəklər. 2026-cı ildə futzal üzrə dünya çempionatı Meksika, ABŞ və Kanada da birgə keçiriləcək. Bu da Kanada futzalı üçün təkan olacaq. Millinin dünya çempionatına vəsiqə qazanması da ölkədə futbolun ictimailəşməsi və dövlətin futbola daha çox kömək etməsi baxımından da xeyirli olacaq. Həmçinin yaxşı təkandı. Futzala da fikir verərlər. Əslində, indi də pis deyil. Millini gəncləşdiririk ki, yığma gələcəkdə daha güclü olsun. Yaxşı turnirlər var qatılacağıq həmin turnirlərə. Ümid edirəm ki, Azərbaycan futbolu da yüksələrə qalxar”.
Mirbağırağa