Milli komandamızın hücumçusu Renat Dadaşov “Tondela”da qalmayacaq.
Sportal.az saytının məlumatına görə, gənc hücumçu mövsüm sonunda müqavilə ilə məxsus olduğu “Vulverhempton”a qayıdacaq. Portuqaliya klubu onu yeni sezon üçün heyətdə saxlamaq, icarə müddətini artırmağa görə İngiltərə klubuna müraciət etməyi düşünür. Amma bu onların Primeroda qalacağı təqdirdə olacaq.
Lakin aldığımız məlumata görə, forvard yeni mövsümə icarə əsasında fərqli komandada başlayacaq. “Hall Siti”nin maraq dairəsində olan hücumçunun yeni mövsümə harada başlayacağı yayda bəlli olacaq.
Dadaşov yayda "Vulverhempton"dan "Tondela"ya icarəyə verilib.