Latviya yüksək liqasında "Super Nova" klubunda oynayan 36 yaşlı azərbaycanlı forvard Vüqar Əsgərov Sportal.az saytına müsahibə verib. Azərbaycan millisinin də şərəfini qorumuş təcrübəli forvard Latviyada çıxış edən digər azərbaycanlı futbolçular barədə də danışıb.
- İşlərin necə gedir? Yaşa görə hansısa yorğunçuluğun olur?
- İşlərim yaxşı gedir, heç bir şikayətim yoxdu. Təbii ki, yorğunçuluq var. Hər halda gənc deyiləm, üç həftədən sonra 37 yaşım olacaq. Amma gücümü çatdığı qədər qaçıram.
- Hazırda səninlə yanaşı Azərbaycanda daha iki azərbaycanlı – Asim Əlizadə və Şakir Seyidov çıxış edir. Bu, sənin üçün sevindiricidi?
- Bəli, bura ən güclü azərbaycanlılar gəlib. Asimlə Əlizadə ilə danışıram. Şakir Seyidovu isə hava limanında qarşıladım Dauqavpils avtobusuna yola saldım. Onunla danışdım, söhbət etdim. Şakir və Asimin burada olmasına görə şadam. Vətənində az oynayan azərbaycanlılar bura daha çox gəlməlidi. Çünki burada çempionat maraqlı və yaxşıdı.
- Latviya futbolunda onlar haqda nə düşünürlər? Sən özün onlar barədə nə fikirləşirsən?
- Məşqçilər korpusu onlar haqda müsbət fikirdədi. Fikrimcə, onlar bacaracaqlar. Əsas odur ki, özlərini məşqdə və oyunda yaxşı tərəfdən göstərsinlər. Onlarda hər şey yaxşı olacaq.
- Bir müddət əvvəl “Super Nova” “Dauqavpils”lə qarşılaşmışdı. Amma meydanda heç bir azərbaycanlı oynamadı. Şakir və Asimlə görüşdün, söhbət etdin?
- Zədəm və yorğunçuluğum var idi deyə, həmin oyunu buraxmalı oldum. Xeyr, görüşə bilmədim onlarla. Çünki stadionu tərk etmişdim. “Vatzap” vasitəsilə onlarla əlaqədəyəm, tez-tez söhbət edirik, danışırıq.
- Latviya çempionatı azərbaycanlı gənc futbolçular üçün tramplin rolunu oynaya bilər?
- Latviya çempionatı çətindi. Bir müddət əvvəl Latviya Azərbaycan millisinə qarşı pis oynamadı. Hətta qalib də gəldi. Bu, onlar üçün böyük tramplindi. Latviya çempionatında yaxşı komandalar və yaxşı pullar var. Avropa da onlar üçün açıqdı. Hər şey onların öz əlindədi.
- Son toplanış zamanı Latviya Azərbaycanla yoxlama görüşündə qüvvəsini sınadı və qalib gəldi. Sənin üçün gözlənilməz olmadıki?
- Nəyə görə gözlənilməz olsun? Siz deyən məsələnin cavabı meydandaydı. Azərbaycan millisinə oynayan futbolçuların 70 faizi Latviya çempionatında oynayanlar idi. Azərbaycan uduzduqdan sonra komanda yoldaşlarım və dostlarım mənimlə zarafat etməyə başladı. Ki, necə olur, orada nə qədər pul var, yaxşı maaş alır futbolçular.