"Neftçi" Avropada oynayan azərbaycanlı ilə maraqlanır

13:28 - 28 Aprel 2022

Estoniyanın U-17 və U-19 yığmalarında çıxış etmiş, “Levadiya”nın futbolçusu Murad Vəliyev karyerasını Azərbaycanda davam etdirmək imkanı qazanıb.

Sportal.az saytının məlumatına görə, bir müddət əvvəl Azərbaycanın U-20 yığmasının toplanışına cəlb edilmiş futbolçu “Neftçi”nin maraq dairəsindədi.

Ölkə xaricində çıxış edən futbolçuları siyahısına daxil edən "ağ-qaralar" bu dəfə Vəliyevlə maraqlanmağa başlayıb. “Levadiya” isə futbolçunu yüksək məbləğə satmaq niyyətindədi. O, Estoniyanın U-21 yığmasına cəlb edilə bilər. 

Xəbər xətti