İyunun 6-da Belarus və Azərbaycan yığmaları arasında keçiriləcək UEFA Millətlər Liqası matçının məkanı müəyyənləşib.
Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, C Liqasında 3-cü qrupun 2-ci tur qarşılaşması Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub. Buna səbəb rəsmi Minskin Rusiya - Ukrayna müharibəsində Kremli dəstəkləyən mövqe tutmasıdır.